Qabrielius Landsberqis – Baltikyanı ölkələr və Polşa Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayır, çünki bir neçə ölkə sanksiyaların yüngülləşdirilməsini tələb edib
Baltikyanı ölkələr və Polşa Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayır, çünki bir neçə ölkə sanksiyaların yüngülləşdirilməsini tələb edib-bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis açıqlayıb.
O, əvvəlcə sanksiya siyahısında 1500 nəfər və şirkətin olduğunu, sonra isə bu rəqəmin azaldıldığını bildirib.
“Təklif olunan şərtlərə əsasən, dövlətlər bu vəsaitlərlə ərzaq təhlükəsizliyi arasında əlaqə tapsalar, sanksiyalar şəxsi vəsaitlərə şamil edilməyəcək, lakin oliqarxların şəxsi vəsaitlərinin ərzaq təhlükəsizliyi ilə necə əlaqəli olduğunu söyləmək çətindir. Biz bu məsələni qaldırdıq. Biz konkret hallarda avropalı tərəfdaşların narahatlığının səbəbini başa düşürük” – deyə Landsberqis açıqlayıb.
Landsberqis Litva və Polşanın paketə qarşı çıxdığını və bu məsələ ilə bağlı müzakirənin Avropa Şurasında davam etdirilməsini tələb etdiyini söyləyir. O, bu mövqenin digər Baltikyanı ölkələr tərəfindən də dəstəkləndiyini bildirir.