Putin Ukraynada bir günlük atəşkəs haqqında fərman verib

19:30, 05.01.2023

 

Rusiya Prezidenti Vladimir Putin Ukraynada bir günlük atəşkəs haqqında fərman verib.

Rus mediasının yazdığı üzrə atəşkəs rejimi yanvarın 6-da, Moskva vaxtı ilə saat 12:00-da tətbiq olunacaq və yanvarın 7-si saat 24:00-dək davam edəcək.

Bundan əvvəl, dırnaq arası Milad atəşkəsi təşəbbüsülə Rusiya Patriarxı Kiril çıxış edib. Ukraynanın Prezident Ofisində Kirilin təşəbbüsünu “istehzalı tələ” adlandırıblar.

 

Oxşar