Püşkatma nəticəsində, prezident seçkiləri üçün namizədlərin sıra nömrələri müəyyənləşdirildi
Püşkatma nəticəsində, prezident seçkiləri üçün namizədlərin sıra nömrələri müəyyənləşdirildi

MSK-da 28 oktyabr prezident seçkiləri üçün namizədlərin sıra nömrələri müəyyənləşdirildi.

Püşkatmada doqquz siyasi partiya və 25 təşəbbüs qrupu iştirak edirdi.

Püşkatma nəticəsində seçki nömrələri qarşıdakı kimi bölüşdürüldü:

Salome Zurabişvili – 48, David Usupaşvili – 25, Kaxa Kukava – 21, Zurab Caparidze – 36, Giorgi Şengelaia – 43, Giorgi Andriadze – 51.

 

10 siyasi partiya köhnə nömrəsinin saxlanılmasını tələb etdi. O cümlədən – Şalva Natelaşvili – 10, David Bakradze – 2, Qriqol Vaşadze – 5, Akaki Asatiani – 18.

Mərkəzi Seçki Komissiyasının sədri, Tamar Jvaniyanın adına MSK-ya 46 ərizə daxil olub. Prezidentliyə namizədi 27 təşəbbüs qrupu və 19 partiya təqdim edib.

MSK-da açıqladıqları kimi, bu gündən 10 gün ərzində namizəd kimi qeydiyyatdan keçmək arzusunda olanlar seçki administrasiyasına tərəfdarlarının imzalarını təqdim etməlidirlər. Bunun da son müddəti 18 sentyabrdır. Qeydiyyat isə, sentyabrın 28-də başa çatır.

Prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.