Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzinə İrakli Davitaşvili rəhbərlik edəcək
Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzinə İrakli Davitaşvili rəhbərlik edəcək

Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzinin yeni rəhbəri var. Tibb müəssisəsinə İrakli Davitaşvili rəhbərlik edəcək, onu kollektivə səhiyyə naziri Mixeil Sarcveladze təqdim edib.

Nazir mərkəzin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb və birgə səylərlə psixi sağlamlıq və narkomaniyanın qarşısının alınması istiqamətində bir sıra mühüm islahatların həyata keçiriləcəyini qeyd edib.

“İrakli Davitaşvili həm ictimai, həm də özəl sektorda böyük təcrübəyə malikdir, Səhiyyə Nazirliyində bir sıra mühüm vəzifələrdə çalışıb.

“Irakli Davitaşvili həm ictimai, həm də özəl sektorda böyük iş təcrübəsinə malikdir. O, Səhiyyə Nazirliyində bir çox önəmli vəzifələrdə çalışıb.

Nazir həmçinin mərkəzin sabiq rəhbəri Levan Çakvetadzeyə göstərdiyi dəstəyə, əməkdaşlığa və məhsuldar işinə görə təşəkkür edib”, – Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.