Məhkəmə, Prokurorluğun vasitəçiliyi əsasında dörd müxtəlif iş üzrə, siyasi məhbuslar: Beka Petriaşvili, Zviad Şincikaşvili, Bakur Kiğuradze və Giya Salukvadze barəsində doğrulducu hökm çıxardı, – bu barədə məlumatı Baş Prokurorluq yayır.
İdarənin məlumatına görə, Prokurorluq qeyd olunan işlər barəsində yenidən dolğun və obyektiv istintaq keçirdi. İstintaq çərçivəsində yeni şahidlər sorğu olundular, istintaq və məhkəmə iş materialları öyrənildi, yeni dəlillər və faktlar əldə olundu. Nəticədə məhkumlar tərəfindən cinayətin törədilməsi tamamilə istisna olundu.
İdarənin məlumatına görə, 2011-ci ilin iyulunda, polis işçiləri tərəfindən, sanki ictimai əsayişin pozulması və polislərə müqavimətin göstərilməsi ittihamı ilə müxalifətin üzlərindən biri, Beka Petriaşvili yaxalandı. Onun azad edilməsi siyasi məhbus statusunun verilməsindən sonra baş verdi.
İdarənin bəyanatına uyğun olaraq, siyasi məhbus Zviad Şincikaşvili müxalif siyasi partiyanın üzvü idi.
“Məhz elə buna görə onun həbs edilməsi planlaşdırıldı və yerinə yetirildi. Onu 2o11-ci ilin sentyabrın 6-da xuliqanlıq ittihamı ilə yaxaladılar. Saxta şahidlərin ifadəsi əsasında onu 4 illiyinə azadlıqdan məhrum etdilər”, – bəyanatda deyilir.
Siyasi məhbus Bakur Kiğuradze isə, idarənin məlumatına görə, istintaq, başqa ölkənin kəşfiyyat xidmətinin tapşırığı ilə evində dövlət sirri tərkibli sənədlərin saxlanılmasına görə dava aprırdı.
7 mart 2011-ci il tarixli hökm ilə Bakur Kiğuradze cinayətkar hesab edildi və ona 9 illik həbs cəzası verildi.
Siyasi məhbus Giya Sulakvadzeyə gəldikdə, idarənin məlumatına görə, 2011-ci il mayın 25-də o, Rustavelidə, Parlament qarşısında hakimiyyətə qarşı keçirilən etiraz aksiyasına təşkilatçılıq edirdi. Onu aksiyanın dağıdılmasından bir neçə gün sonra, mayın 31-də yaxaladılar.
“Sonralar onun qəsdən yaxalnılması məqsədi ilə saxta protokol tərtib edildi, sanki Giya Salukvadze küçədə xuliqanlıq edirdi və polis işçilərinə hücum etdi. Saxta dəlillər əsasında qeyri qanuni yaxalanan Giya Salukvadze 2012-ci il fevralın 6-də 4 illik həbs cəzasına məhrum edildi”, – bəyanatda deyilir.