Prokurorluq Şurası Gürcüstanın baş prokuroru vəzifəsinə namizəd olaraq Qiorqi Qabitaşvilini seçib
Prokurorluq Şurası Gürcüstanın baş prokuroru vəzifəsinə namizəd olaraq Qiorqi Qabitaşvilini seçib

 
Prokurorluq Şurası bugünkü iclasda Gürcüstanın baş prokuroru vəzifəsinə Qiorqi Qabitaşvilinin namizədliyini seçib.

Şura dünənki iclasda Gürcüstanın baş prokuroru vəzifəsinə namizədlərin seçilməsi üçün səsvermə keçirib və baş prokuror vəzifəsinə üç namizəd – Viktor Axalbedaşvili, Darecan Butsxrikidze və Qiorqi Qabitaşvili seçilib. Qiorqi Qabitaşvili bu gün məhz sözügedən üç namizəddən 11 səslə qalib gəlib.

Prokurorluq Şurası tərəfindən baş prokuror vəzifəsinə seçilmiş namizəd təsdiqlənməsi üçün parlamentə göndəriləcək.