Prokurorluq "Oğru dünyası"na üzvlük və "Oğru dünyası"nın fəaliyyətinə dəstək faktları üzrə iki nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq "Oğru dünyası"na üzvlük və "Oğru dünyası"nın fəaliyyətinə dəstək faktları üzrə iki nəfər barəsində ittiham irəli sürüb

 
Gürcüstan Prokurorluğu “Oğru dünyası”na üzvlük və “Oğru dünyası”nın fəaliyyətinə dəstək faktları üzrə iki nəfər barəsində ittiham irəli sürüb.

Məlumatı Gürcüstan Prokurorluğu yayır.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, iyunun 5-də Batumi şəhərində “Oğru dünyası”na üzv olmaqda təqsirləndirilən şəxs “Oğru dünyası”nın fəaliyyətini həyata keçirmək və maddi səmərə əldə etmək məqsədilə “Oğru hesablaşması” təşkil edib. Xüsusilə, təqsirləndirilən şəxsə məlum olub ki, zərərçəkmiş guya onlayn kazinolardan biri vasitəsilə 300.000 lari udub, bu da həqiqətə uyğun olmayıb. Buna baxmayaraq, təqsirləndirilən şəxs zərərçəkmişin üzərinə 5000 lari ödəmək öhdəliyi qoyub. Həmçinin “Oğru dünyası”na üzv olmaqda təqsirləndirilən şəxsin tapşırığı əsasında “Oğru dünyası”nın tərəfdarı zərərçəkmiş şəxslə və onun qohumu ilə əlaqə saxlayır, qorxutmaqla və təhdid etməklə “Oğru hesablaşması”nda üzərinə qoyulmuş məbləğin vəd edilmiş müddətdə ödənilməsini tələb edirdi, bu səbəbdən də zərərçəkənlər “Oğru dünyası”nın üzvünün şəxsi bank hesabına zorla 5000 lari köçürüblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri avqustun 1-də saxlayıblar. Bir şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 223-cü əlavə maddəsinin birinci hissəsi ilə (“Oğru dünyası”na üzvlük) ittiham irəli sürülüb, bu da 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur, digər təqsirləndirilən şəxs barəsində isə Gürcüstan Cinayət Məcəlləsinin 223 üçüncü maddəsinin ikinci hissəsi ilə (“Oğru dünyası”nın fəaliyyətinə dəstək) ittiham irəli sürülüb, bu da 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxslər barəsində artıq həbs qətimkan tədbiri seçilib. Prokurorluq mütəşəkkil cinayətkarlığa qarşı sərt cinayət-hüquq siyasəti aparır, bu gələcəkdə də davam edəcək” – yayılmış məlumatda deyilir.