Prokurorluq Nikanor Meliaya qarşı məhkəməyə hörmətsizlik etmək faktı üzrə ittiham irəli sürüb
Prokurorluq Nikanor Meliaya qarşı məhkəməyə hörmətsizlik etmək faktı üzrə ittiham irəli sürüb

Prokurorluq Nikanor Meliaya qarşı məhkəməyə hörmətsizlik etmək faktı üzrə ittiham irəli sürüb.

Gürcüstan Prokurorluğu məlumat yayır.

“Daxili İşlər Nazirliyi tərəfindən keçirilən istintaqla müəyyən edilib ki, 10 noyabr 2025-ci ildə Tbilisi Şəhər Məhkəməsində keçirilən inzibati məhkəmə iclasında Nikanor Melia hakimi sözlü təhqir etməklə məhkəməyə qarşı hörmətsizlik edib.

Nikanor Meliaya qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin 2-ci hissəsi (məhkəməyə hörmətsizlik, hakimi təhqir etmək) üzrə irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 2 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Nikanor Melia başqa cinayət işi üzrə çıxarılan hökm əsasında cəza çəkdiyi üçün, prokurorluq məhkəmədən məhkəməyə qədər iclasın təyin edilməsi barədə vəsatətlə müraciət edir”, – prokurorluğun məlumatında deyilib.