Prokurorluq Marneulidə qəsdən törədilmiş qətl faktı üzrə saxlanılmış şəxsə qarşı ittiham irəli sürüb
Prokurorluq Marneulidə qəsdən törədilmiş qətl faktı üzrə saxlanılmış şəxsə qarşı ittiham irəli sürüb

Gürcüstanın prokurorluğu Marneulidə baş vermiş qəsdən törədilmiş qətl faktı üzrə bir şəxsə qarşı ittiham irəli sürüb. Bu barədə Prokurorluq məlumat yayır.

Qurumun məlumatına görə, saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə ittiham irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş istintaqla müəyyən edilib ki, cari ilin aprelin 2-də təqsirləndirilən şəxs Marneulidə qəsdən adam öldürmə məqsədi ilə bir nəfərə iti alətlə həyatla bir araya sığmayan xəsarətlər yetirib və nəticədə o, tibbi yardım göstərilməmişdən əvvəl dünyasını dəyişib.

Təqsirləndirilən şəxs aprelin 3-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək”, – prokurorluğun yaydığı məlumatda deyilib.