Prokurorluq bir nəfər barəsində qəsdən sağlamlığa ağır zərər vurma faktı üzrə ittiham irəli sürüb
Prokurorluq bir nəfər barəsində qəsdən sağlamlığa ağır zərər vurma faktı üzrə ittiham irəli sürüb

 
Gürcüstan Prokurorluğu Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı barəsində qəsdən sağlamlığa ağır zərər vurma faktı üzrə ittiham irəli sürüb.

“Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilmiş istintaqla iyulun 29-da Qori Munisipalitetinin Ateni kəndində Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin müfəttişinin zərərçəkmişin sağlamlığına ağır zərər vurduğu müəyyən edilib.

Xüsusi İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsi iyulun 31-də saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma, yəni bədənə həyat üçün təhlükəli xəsarət yetirmə) ilə ittiham irəli sürülüb.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqda vəsatətlə məhkəməyə müraciət edəcək.

Cinayətlə əlaqəsi olan digər şəxslərin müəyyən edilməsi məqsədilə Xüsusi İstintaq Xidmətində cinayət işinin istintaqı davam etdirilir” – prokurorluğun məlumatında qeyd olunub.