Prokurorluq 4 oktyabr hadisələri ilə bağlı daha 16 nəfərə, o cümlədən bir nəfərə qiyabi olaraq ittiham irəli sürüb
Prokurorluq 4 oktyabr hadisələri ilə bağlı daha 16 nəfərə, o cümlədən bir nəfərə qiyabi olaraq ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu strateji və xüsusi əhəmiyyətə malik obyektin qrup halında ələ keçirilməsinə cəhd, qrup halında zorakılığın təşkili və həmin zorakılıqda iştirak faktları ilə bağlı daha 16 nəfərə, o cümlədən bir nəfərə qiyabi olaraq ittiham irəli sürüb. Bu barədə Prokurorluqda keçirilən brifinqdə bildirilib.

Brifinqdə qeyd edildiyi kimi, ittiham qiyabi olaraq Xüsusi Tapşırıqlar Departamentinin keçmiş idarə rəisi İrakli Şaişmelaşviliyə irəli sürülüb.

“Daxili İşlər Nazirliyində oktyabrın 4-də baş vermiş hadisələrlə bağlı apa”Daxili İşlər Nazirliyində 4 oktyabr hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində müəyyən edilib ki, İuri Lomidze, Qiorqi Talaxadze, Davit Qiunaşvili, Temur Kurtsikidze, Qenadi Kelişaşvili, Dato Ğurtskaia, Ramaz Corbenadze, Candri Tirkia, Qia Toloraia, Quri Jvania, Kaxaber Kvaçantiradze, Simon Maxaradze, Avtandil Topçişvili, Mixeil Toloraia və digər şəxslər artıq həbs edilmiş qrup zorakılığının təşkilatçılarının çağırışlarına əsaslanaraq, strateji əhəmiyyətli obyekti ələ keçirmək məqsədilə hücum etmiş, fiziki zorakılıq tətbiq etməklə Gürcüstan Prezidentinin Administrasiyasının mühafizə hasarına zərər yetirmiş və həyətə daxil olublar. Binanı zəbt etmək və həyətə səfərbər olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşlarının müqavimətini dəf etmək üçün təqsirləndirilən şəxslərin bir hissəsi Atoneli küçəsi ilə Prezident Administrasiyasının binasına doğru irəliləyən hüquq-mühafizə orqanlarının əməkdaşlarına da fiziki təzyiq göstərib, onlara müxtəlif əşyalar atırdı. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiya nümayiş etdirir, dəmir konstruksiyalar və müxtəlif əşyalar atır, onları fiziki və sözlü təhqir edirdilər, bununla da onların həyat və sağlamlıqlarına real təhlükə yaradırdılar.

Həmçinin, Gürcüstanın siyasi sisteminin və onun tərkib hissəsi olan konstitusiya orqanlarının normal fəaliyyətinə zərər vurmaq məqsədilə hakimiyyətə qarşı mənfi münasibəti olan şəxslər dairəsi, o cümlədən Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin Operativ Planlaşdırma İdarəsinin keçmiş rəisi İrakli Şayşmelaşvili, 4 oktyabrda Tbilisidə, Azadlıq Meydanında planlaşdırılan aksiyada hakimiyyətə qarşı aqressiv münasibətdə olan vətəndaşların səfərbər olunması, onların toplaşması və zorakı hərəkətlərə cəlb olunması məqsədilə, bələdiyyə orqanlarına seçkilərdən bir neçə gün əvvəl Gürcüstanın konstitusiya quruluşunu zorakı yolla dəyişmək və dövlət hakimiyyətini devirmək barədə açıq çağırışlar edib. Təqsirləndirilən Şaişmelaşvili, Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsinə yönəlmiş məqsədlərə nail olmaq üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarını demorallaşdırmağa çalışırdı və onları xidməti vəzifələrini yerinə yetirməməyə, eləcə də zorakı hərəkətlərdə iştirak edən şəxslərə mane olmamağa çağırırdı.

Eyni zamanda, həmin cinayət işi çərçivəsində saxlanılan digər şəxs – Mariam Meğantsişvili, hakimiyyət nümayəndəsinin qanuni tələbinə açıq şəkildə tabe olmamaq məqsədilə, 4 oktyabr tarixində Atoneli küçəsində olduğu zaman qrup halında hərəkətlərin təşkilini həyata keçirib, vətəndaşlara müraciət edərək onlara polis əməkdaşlarına tabe olmamaq və onlara qarşı zorakılıq məqsədilə görüləcək növbəti hərəkətlərin koordinasiyası üçün Rustaveli prospekti N21 ünvanında yerləşən ofisdə toplaşmağı tövsiyə edib. Bundan sonra Atoneli küçəsində və Rustaveli prospektində zorakı hərəkətlər davam etdirildi. Bu zaman iştirak edən şəxslər qəsdən dağıntılar törədir, ətraf ərazidə yerləşən bələdiyyə və xüsusi mülkiyyətə aid əmlakı zədələyir, yandırmaqla məhv edir, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmur və ictimai asayişi kobud şəkildə pozurdular.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri hakimın qərarı əsasında 17 oktyabr tarixində saxlayıblar.

Prokurorluq 15 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət edəcək. Təqsirləndirilən Mariam Meğantsişvili ilə bağlı isə, müxtəlif halları nəzərə alaraq, prokurorluq onun barəsində qətimkan tədbiri kimi girov tətbiq olunması üçün məhkəməyə vəsatətlə müraciət edəcək.

Eyni iş üzrə aparılan istintaq çərçivəsində daha 48 nəfər də təqsirləndirilir. Onlara qarşı strateji və xüsusi əhəmiyyətə malik obyektin ələ keçirilməsinə cəhd və qrup halında zorakılıqda iştirak faktları üzrə ittiham irəli sürülüb”, – deyə prokurorluqda keçirilən brifinqdə bildirilib.