“Prime Media Global”ın təsisçisi İlia Mikelaişvili bəyanat yayır.
İlia Mikelaişvilinin qeyd etdiyi kimi, “Prime Media Global” teleşirkəti “İmedi” telekanalına münasibətdə iri həcmli investisiya yatırmağı və kanalı daha da gücləndirməyi planlaşdırır.
“İctimaiyyətə məlum olduğu kimi, “Prime Media Global” artıq uzun illərdir Gürcüstanın media bazarında fəaliyyət göstərir və bu sahədə ölkənin ən sürətlə inkişaf edən şirkətlərindən biridir. Çox şadam ki, iş adamı İrakli Ruxadze ilə aparılan çoxaylıq danışıqlar uğurla başa çatdı və nəticədə “İmedi” telekanalı və onun holdinqinə daxil olan digər media qurumları bundan sonra məhz “Prime Media Global”ın mülkiyyətinə keçəcək.
Həm İmedi teleşirkəti, həm də bütövlükdə holdinq üçün böyük planlarımız var. Mən iri həcmli investisiya yatırmağı və kanalı daha da gücləndirməyi planlaşdırıram.
Digər tərəfdən, tam məsuliyyətimlə bildirirəm ki, kanalın mövcud redaksiya siyasəti və holdinqdə çalışan hər bir işçinin hüquqları qorunacaq. “İmedi”nin gürcü media məkanında şərtsiz lider olması məsuliyyətini tam başa düşürük və məqsədimiz bu nəticəni qorumaq və daha da yaxşılaşdırmaqdır. Bu mərhələdə sizə deyə biləcəyim budur və planlarımız barədə daha sonra ətraflı danışacağam”, – bəyanatda deyilib.
Bundan əvvəl “Honeywell Partners” şirkətinin rəhbəri İrakli Ruxadze “İmedi” teleşirkətindən çıxması ilə bağlı bəyanat yayıb və qeyd edib ki, “Prime Media Global” “İmedi”nin yeni sahibi olacaq.