Prezidentin andiçmə mərasiminin keçirilməsi məqsədi ilə dekabrın 29-da Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Prezidentin andiçmə mərasiminin keçirilməsi məqsədi ilə dekabrın 29-da Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq

Gürcüstan Parlamenti dekabrın 29-da qanunverici orqanın binasında əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.

“Gürcüstan Prezidentinin andiçmə mərasiminin keçirilməsi məqsədi ilə cari ilin dekabrın 29-da, Gürcüstanın Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır.

Tədbiri işıqlandırmaq istəyən media vasitələri xüsusi akkreditasiya almaq üçün Gürcüstan Parlamentinə müraciət etməlidirlər. Bir media vasitəsinə iki qrupdan çox olmamaqla akkreditasiya verilir.

Tədbiri işıqlandırmaq məqsədi ilə Parlament Sarayının Rustaveli zalında (bina B, 0 mərtəbə) media məkanı təşkil olunacaq, buradan media nümayəndələri andiçmə mərasiminin gedişatını izləmək və respondentlərlə müsahibə yazmaq imkanı əldə edəcəklər. Andiçmə mərasiminin birbaşa translasiyası üçün siqnalı Gürcüstan Parlamenti təmin edəcək”, – məlumatda qeyd olunub.