Prezident seçkiləri müddətində inzibati resursların istifadəsinin qarşısını almaq məqsədi ilə iqtidar sərəncam verdi
Prezident seçkiləri müddətində inzibati resursların istifadəsinin qarşısını almaq məqsədi ilə iqtidar sərəncam verdi

Gürcüstan iqtidarı prezident seçkilərinin ikinci turunun seçki kampaniyası dövründə inzibati resursların istifadəsinə mane olmaq məqsədi ilə, müvafiq sərəncam verdi.

Bu barədə məlumatı iqtidar administrasiyasının mətbuat xidməti yayır.

Baş nazir Mamuka Baxtadze tərəfindən imzalanan sərəncamda deyilir ki, ictimai və dövlət işlərində çalışanlara hərhansı siyasi agitasiya aparmaq və hansısa namizədin leyhinə səs toplamaq qadağan edilir.

Həmçinin öz şəxsi maddi vasitələri ilə, Gürcüstan qanunvericiliyinə əsasən, vətəndaş kompetensiyasını aşan siyasi fəaliyyət göstərmək də qadağan edilir – deyilir sərəncamda.