Prezident parlamentin növbədənkənar sessiyasını çağırıb
Prezident parlamentin növbədənkənar sessiyasını çağırıb

 
Gürcüstan Parlamentinin sədri iyulun 18-də saat 12:00-dan parlamentin növbədənkənar sessiyasının çağırılması üçün Gürcüstan Prezidentinə məktubla müraciət edib – bu haqda məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.

Gürcüstan Prezidenti bu gün parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında fərman verib.

Prezident parlamenti Milli Bankın Şurasının komplektləşdirilməsi prosesinin ləngiməməsi və uzanmaması məqsədilə prezident tərəfindən 2024-cü ilin mayın 24-də Milli Bankın Şurasının üzvlüyünə parlamentə təqdim edilmiş namizədi növbədənkənar sessiyanın gündəliyində nəzərdə tutulmuş ehtimal olunan məsələlərlə birlikdə müzakirə etməyə və səsə qoymaya çağırır.

Gürcüstan Prezidenti öz səlahiyyətləri çərçivəsində Milli Bankın Şurasının üzvlüyünə namizədlərin seçilməsi prosesini ləngimə olmadan və şəffaf şəkildə aparıb və 2024-cü ilin mayın 24-də müstəqil komissiya tərəfindən seçilən yüksək ixtisaslı namizədi Gürcüstan Parlamentinə təqdim edib, lakin indiyə qədər təqdim olunan namizədin parlamentdə heç bir səviyyədə müzakirəsinə başlanmayıb.

Milli Bankın Şurasının üzvlüyünə namizədlərin seçilməsi mərhələsində Gürcüstan Prezidentinin Administrasiyası Seçim Komissiyasının fəaliyyətini müşahidə etmək məqsədilə parlament nümayəndəsinin cəlb olunması ilə bağlı Gürcüstan Parlamentinə rəsmi şəkildə müraciət edib. Parlament sözügedən təklifi qəbul etməyib.