Prezident namizədləri Birinci Kanalda - Onların görüşləri və debatları
Birinci kanal hər bir prezident namizədinə eyni vaxt ayıracaq.
Oktyabrın 28-nə qədər İctimai Yayımçının izləyiciləri prezident namizədlərini üç müxtəlif formatda görəcəklər.
Debatların ardıcıllığı və cədvəli seçki subyektləri ilə Mərkəzi seçki Komisiyasında keçirilən görüş zamanı razılaşdırıldı.
Sentyabrın 26-dan oktyabrın 25-nə qədər hər gün “Moambe”-nin əsas buraxılışında hər bir namizədə imkan veriləcək ki, seçicilərə 10 dəqiqə ərzində, saat 21:30-da öz görüşlərini tədim etsin.
Oktyabrın 13-də, Millətlər Liqasının – Gürcüstan-Andora matçına görə, “Moambenin” əsas buraxılışı efirə çıxmayacaq, müvafiq olaraq da şənbə günü, namizədlərin təqdimatı baş tutmayacaq.