Prezident fondunun təqdimatı sentyabrın 17-də keçiriləcək
Prezident fondunun təqdimatı sentyabrın 17-də keçiriləcək

Gürcüstan prezidenti Salome Zurabişvilinin fondunun təqdimatı sentyabrın 17-də keçiriləcək.

Prezident administrasiyasında bəyan edirlər ki, Salome Zurabişvilinin təşəbbüsü ilə yaradılan xeyriyyə fondunda bu vaxt üçün onun yığılan maaşı 35 880 lari məbləğini təşkil edir.

Gürcüstan prezidentinin maaşı 5 520 laridir.

“Sentyabrın 17-də prezident fondunun təqdimatı planlaşdırılıb. Eyni gün Gürcüstanda uşaq onkologiya mərkəzi layihəsinin təqdimatı da keçiriləcək və məhz o layihə üçün fond maddi dəstəyin yığılmasına başlayacaq” – deyilir prezident administrasiyasında.

İdarənin məlumatına görə, bu vaxta qədər prezident fonduna, prezidentin maaşından başqa, digər fiziki və hüquqi şəxslər tərəfindən köçürülən məbləğlər də daxil olurdular.