Praqada Nikol Paşinyan, İlham Əliyev, Emmanuel Makron və Şarl Mişelin dördtərəfli görüşü keçiriləcək

21:24, 05.10.2022

Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev oktyabrın 6-da Fransa prezidenti Emmanuel Makron və Aİ Şurasının prezidenti Şarl Mişellə görüşəcəklər.

Dördtərəfli görüş Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində keçiriləcək.

Qeyd etmək lazımdır ki, sammit çərçivəsində Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

Oxşar