Praqada hökumətin istefası və Rusiya ilə qaz tədarükünə dair birbaşa danışıqlar tələbi ilə etiraz aksiyası keçirilib
Praqada minlərlə insan hökumətin istefası və Rusiya ilə qaz təchizatına dair birbaşa danışıqlar tələbi ilə etiraz aksiyasına çıxıb. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Artıq üçüncü dəfədir keçirilən aksiya ifrat sağçı siyasi hərəkatlar, radikal qruplar və Kommunist Partiyası tərəfindən təşkil edilib.
“Çexiya Respublikası hər şeydən öncə” aksiyasının təşkilatçı qrupu Avropa İttifaqı və NATO üzvlüyünə qarşı çıxır və Çexiyanın hərbi neytrallığını tələb edir.
“Reuters”in yazdığı üzrə, Ukraynada müharibənin səbəb olduğu enerji resurslarının qiymətinin artması Avropanın müxtəlif ölkələrinin hökumətlərini istehlakçılar və şirkətlərə enerji resurslarına artan vergilərin yükünü yüngülləşdirmək üçün tədbirlər görməyə vadar edib.