Potidə 2008-ci ilin avqust müharibəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər
Potidə 2008-ci ilin avqust müharibəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər.
İnzibati binaların üzərində dövlət bayraqları endirilib.
2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi Potinin 12 sakininin həyatına son qoyub, 80-ə yaxın insan isə yaralanıb.
Poti Munisipalitetinin Meriyası sosial proqram çərçivəsində 2008-ci ilin avqust müharibəsində həlak olanların ailələrinə 500 lari verdi.
“2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən 16 il keçir. Bu gün ölkəmizin əmin-amanlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini ehtiramla yad etdik. Mənim üçün müharibədə həlak olan həmşəhərlilərimin hekayələri xüsusilə ağrılı və qürurvericidir. Biz onların adları ilə hər zaman fəxr edəcəyik” – Potinin meri Beka Vacaradze bildirib.