Portuqaliyada prezident seçkilərində Antonio Xose Sequro qalib gəlib
Portuqaliyanın prezident seçkilərinin ikinci turunda sol-mərkəzçi Sosialist Partiyasının namizədi Antonio Xose Sequro qalib gəlib.
Portuqaliyalılar solçu namizəd Antonio Xose Sequro ilə ifrat sağçı namizəd Andre Ventura arasında seçim etməli oldular. Sequro səslərin 66,7%-ni qazanaraq 33,3% səs toplayan Andre Venturanı məğlub etdi.
Yerli medianın yazdığına görə, birinci turla müqayisədə ikinci turda fəallıq aşağı oldu.