Polşanın Yaroslavets şəhərində evlərdən birinin bağçasında raket qalıqları aşkar edilib
Polşanın Yaroslavets şəhərində evlərdən birinin bağçasında raket qalıqları aşkar edilib

Polşanın Yaroslavets şəhərində evlərdən birinin bağçasında raket qalıqları aşkar edilib.

Polisin bildirdiyinə görə, bu, 2025-ci ilin sentyabr ayında Rusiya dronlarına qarşı istifadə olunan raketin parçasıdır.

Hadisə yeri bağlanıb, lakin rəsmi şəxslərin bildirdiyinə görə, insanların həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Məlumat üçün bildirək ki, Polşa hakimiyyəti rəsmi olaraq 2025-ci ilin sentyabrın 10-da təxminən 20 Rusiya pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu bəyan edib.