Polşanın müdafiə naziri təhlükəsizlik məqsədilə Polşa hərbçilərinin Kalininqrad yaxınlığında məftil hasar çəkməyə başladıqlarını bildirir

20:21, 02.11.2022

 

Polşa hərbçiləri Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə məftildən hasar çəkməyə başlayıblar.

Polşanın müdafiə naziri Mariuş Blaşçak mətbuat konfransında hündürlüyü 2,5 metr olan baryerin tikintisinə başlanıldığını açıqlayıb.

“Reuters” agentliyi yazır ki, nazir hasarın tikintisinə səbəb kimi təhlükəsizlik məsələsini göstərib, həmçinin ötən payızda Afrika və Yaxın Şərqdən miqrantların Belarusdan Polşaya qanunsuz olaraq gəlməyə çalışdığı miqrasiya böhranını qeyd edib. Lakin, Polşa Sərhəd Xidmətindən verilən məlumatda oktyabr ayında Kalininqraddan Polşaya sərhədin qeyri-qanuni keçilməsinin müşahidə edilmədiyi deyilir.

Oxşar