Polşanın xarici işlər naziri və ATƏT-in baş katibi Buçaya səfər ediblər
Polşanın xarici işlər naziri və ATƏT-in baş katibi Buçaya səfər ediblər

 

Polşanın xarici işlər naziri və ATƏT-in hazırkı rəhbəri Zbiqnev Rau, həmçinin ATƏT-in baş katibi Helqa Şmid Buçaya səfər ediblər.

“Xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Şmid təsəvvür olunmaz qəddarlığın törədildiyi Buçaya səfər ediblər. Rus qoşunlarının Ukraynada törətdiyi hərbi cinayətlər unudulmayacaq. Günahkarlar cavab verəcəklər” -deyə Polşanın ATƏT-dəki sədrliyinin “Twitter” səhifəsində qeyd olunub.

Səfər çərçivəsində Zbiqnev Rau Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski, baş nazir Denis Şmiqal və ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşəcək.