Polşalı fermerlər Ukrayna sərhədi yaxınlığında keçid məntəqəsini bağlayıblar
Polşalı fermerlər Ukrayna sərhədi yaxınlığında keçid məntəqəsini bağlayıblar

Polşalı fermerlər Ukrayna ilə sərhəddə yerləşən “Medika-Şeqini” keçid məntəqəsini bağlayıblar. Bu barədə məlumatı Dövlət Sərhəd Mühafizəsi Xidməti yayır.

Məhdudiyyətlər yalnız yük maşınlarına aiddir və azı altı saat davam edəcəyi ehtimal olunur.

Aksiya Polşa tərəfdəki keçid məntəqəsindən bir kilometr aralıda keçirilir.

Polşalı fermerlər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb edirlər. Onlar həmçinin Avropa İttifaqının aqrar siyasətinə qarşı çıxırlar.