Polşalı avropalı parlamentari Kşıştof Breyza - Saakaşvili uydurulmuş ittihamlarla həbs edilib
Polşalı avropalı parlamentari Kşıştof Breyza bildirir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxta ittihamlarla həbs edilib.
“O, həbsxanada oğlunu ziyarət etmək üçün onlarla kilometr yol qət edib. Yeri gəlmişkən, Saakaşvili saxta ittihamlarla həbs edilib ki, bu da onun Lex Kaçinskinin dəfn mərasimi üçün əklilə pul xərcləməsi ilə bağlıdır”, – Breyza yazır.
Bununla yanaşı, Kşiştof Breyza sosial şəbəkədə yazır ki, Saakaşvilinin anasına hücum edirlər. Kşiştof Breyzanın qeyd etdiyi kimi, bu, tipik sovet üsuludur.
“Niyə Saakaşvilinin anasına hücum edirlər? Bu, siyasi rəqibi təzyiq altında saxlamaq məqsədilə “Rossiya TV” və Kurwizja kimi kanalların istifadə etdiyi tipik sovet üsuludur. Bundan əlavə, “Imedi”nin yayımının çatdığı kəndlərdə gürcülər davamlı olaraq baş düşmənin Saakaşvili olduğu anti-Qərb təbliğatının qurbanı olurlar”, – Breyza yazır.