Polşada internetdə Karol Navrotskiyə qarşı təhdid xarakterli bəyanatlar yaymaqda ittiham olunan Ukrayna vətəndaşı saxlanılıb
Polşada internetdə ölkə prezidenti Karol Navrotskiyə qarşı təhdid xarakterli bəyanatlar yaymaqda ittiham olunan Ukrayna vətəndaşı saxlanılıb.
Polşa mediasının məlumatına görə, saxlanılan şəxs onlayn platformada Polşa prezidentinə qarşı təhdid xarakterli ifadələr yayan 36 yaşlı Ukrayna vətəndaşıdır.
“Materialların yayımlanması ilə bağlı məlumat əldə edildikdən sonra müstəntiqlər dərhal həmin şəxsin kimliyini və olduğu yeri müəyyən ediblər. Müstəntiqlər internetdə Polşa prezidentini açıq şəkildə hədələyən 36 yaşlı kişini saxlayıblar”, – deyə şəhər polisinin nümayəndəsi Anna Baran bildirib.