Polşada F-16 qırıcı təyyarəsi aviaşou məşqi zamanı qəzaya uğrayıb, pilot həlak olub
Polşada F-16 qırıcı təyyarəsi aviaşou məşqi zamanı qəzaya uğrayıb, pilot həlak olub

Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi aviaşou məşqi zamanı qəzaya uğrayıb. Polşa Silahlı Qüvvələrinin məlumatına görə, qəza nəticəsində pilot həlak olub.

Hadisə Polşanın mərkəzi hissəsində, Radom şəhərində baş verib.

“Polşa ordusunun pilotu F-16 təyyarəsinin qəzasında həlak olub – o, ölkəsinə həmişə sədaqət və böyük cəsarətlə xidmət edən bir zabit idi. Onun xatirəsini ehtiramla yad edirəm”, – Müdafiə naziri Vladislav Kosiniyak-Kamış sosial şəbəkədə yazıb.

Hadisə ilə əlaqədar həftəsonu keçirilməsi planlaşdırılan aviaşou ləğv edilib.