Polşanın Xarici İşlər Nazirliyi Rusiya səfirinə etiraz notası verdi.
Rus diplomatı ilə görüş zamanı Polşanın Xarici İşlər İdarəsinin nümayəndəsi bəyan etdi ki, 2010-cu ildə Smolenskdə baş verən aviaqəza yerində daxil olmağa icazənin verilməməsi ilə bağlı Varşava narazılığını bildirir.
“Polşa tərəfi ümid edir ki, Rusiya tərəfi rəsmi Varşavanın nümayəndə heyyətinin Smolenskdəki qəza bölqəsinə daxil olmasına maneə yaratmayacaq” – deyilir Polşa Xarici İşlər Nazirliyinin bəyanatında.
Xatırladaq ki, bundan əvvəl Polşanın dövlət komissiyası bəyan etmişdi ki, Lex Kaçinskinin təyyarəsinin qanadında partlayış izi aşkarlanıb.
Rusiyada isə, bu bəyanat ilə qətiyyən razı deyillər.