Polşa Sərhəd Xidmətinin məlumatına görə, Polşadan Gürcüstanın 27 vətəndaşı deportasiya edilib
Polşa Sərhəd Xidmətinin məlumatına görə, Polşadan Gürcüstanın 27 vətəndaşı deportasiya edilib

Polşadan Gürcüstan və Moldovadan olan 40 vətəndaş deportasiya edilib.

Bu barədə Polşa Sərhəd Xidməti məlumat yayır.

Bəyanatda qeyd olunub ki, Polşa Avropa sərhəd xidməti ilə əməkdaşlıq çərçivəsində ölkədən zorla 40 nəfəri – 27 Gürcüstan və 13 Moldova vətəndaşını çıxarıb.

İyulun 15-də onlar təyyarə ilə deportasiya ediliblər.

Polşa Sərhəd Xidmətinin izah etdiyi kimi, 20 Gürcüstan və 9 Moldova vətəndaşının deportasiyası barədə qərar ölkənin milli maraqları və ictimai asayişin qorunması nəzərə alınaraq qəbul edilib.

Polşa Sərhəd Xidmətinin məlumatına görə, Polşadan vətəninə qaytarılan gürcülərdən biri 12 dəfə oğurluğa görə məhkum olunub.

Deportasiya edilənlərin bir hissəsi sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və həmçinin saxta sənədlərlə Polşaya daxil olmaqda ittiham olunurlar. Onlardan bəziləri digər miqrantların Avropaya qeyri-qanuni daxil olmasına şərait yaratmaqda da ittiham olunur. Söhbət Belarusdan Polşaya gələn miqrantlardan gedir.