Polşa Sərhəd Xidməti - İki Rusiya qırıcısı Baltik dənizində yerləşən Polşaya məxsus neft platformasının üzərindən çox aşağı hündürlükdə uçub
Polşa Sərhəd Xidməti - İki Rusiya qırıcısı Baltik dənizində yerləşən Polşaya məxsus neft platformasının üzərindən çox aşağı hündürlükdə uçub

Polşanın Sərhəd Xidməti Rusiya qırıcılarının Baltik dənizində hava məkanının növbəti dəfə pozulması barədə xəbər verir.

Yayılan məlumatda qeyd olunuduğu kimi, iki qırıcı təyyarə Baltik dənizində “Orlen Petrobaltic” şirkətinə məxsus Polşa neft platforması üzərindən çox aşağı hündürlükdə – 150 ​​metrdə uçub.

Bundan əvvəl Estoniyanın Xarici İşlər Nazirliyi üç Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanına daxil olması ilə bağlı məlumat yayıb.