Polşa Senatı Rusiyanı terrorçu rejim kimi tanıyan qətnamə qəbul edib
Polşa Senatı yekdilliklə Rusiyanı terrorçu rejim kimi tanıyan qətnamə qəbul edib. Bu barədə Polşa Senatının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Senatın bəyanatında deyilir: “Rusiyanın təcavüzü qarşısında müxalifətlə hakimiyyət arasında heç bir fikir ayrılığı yoxdur”.
Qəbul edilmiş qətnamə Rusiyanın təcavüzünü bir daha qınayır və sülh, demokratiya və insan haqlarını dəstəkləyən ölkələri Rusiyanı terrorçu rejim kimi tanımağa çağırır.
Polşa Senatının üzvləri hesab edir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı amansız müharibənin məqsədi suveren ölkəni və Ukrayna xalqını məhv etməkdir. Senatorlar Rusiyanın təcavüzünün görünməmiş qəddarlığını və günahkarların cəzalandırılmasının vacibliyini vurğulayıblar.