Polşa prezidentliyinə namizəd Karol Navrotski Donald Trampla görüşüb

12:43, 02.05.2025

“Qanun və Ədalət” partiyasının dəstəklədiyi Polşa prezidentliyinə namizəd Karol Navrotski ABŞ prezidenti Donald Trampla Oval kabinetdə görüşüb. Bu barədə “Reuters” agentliyi xəbər məlumat yayır.

Medianın yazdığına görə, Navrotskini dəstəkləyən müxalif “Qanun və Ədalət” partiyası (PiS) Trampın güclü tərəfdarıdır.

Ağ Ev sosial şəbəkədə Trampla Navrotskinin Oval kabinetdəki görüşünün fotolarını, o cümlədən əl sıxma görüntülərini dərc edib.

“Prezident Tramp mənə dedi ki, sən qalib gələcəksən”, – Navrotski Polşa mediasına müsahibəsində bildirib.

Sorğuya əsasən, Karol Navrotski ikinci yerdədir və ehtimal ki, prezidentliyə namizədlər birinci turda 50%-dən çox səs toplamasa, Navrotski ikinci turda hakim koalisiyanın namizədi Rafal Tşaskovski ilə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, Polşada prezident seçkilərinin birinci turu mayın 18-də keçiriləcək.

Oxşar