Polşa prezidenti - Gürcüstan 2008-ci ildə, Ukrayna 2014-cü ildə, işğal, hərbi əsirlər, təxribatlar bu günə qədər davam edir
Polşa prezidenti Anjey Dudanın dediyinə görə, İkinci Dünya Müharibəsindən Avropada müvafiq nəticə çıxara bilmədilər. Bu barədə Polşa lideri, Marşal Pilsudski meydanında, İkinci Dünya müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirdə bəyan etdi.
“Gürcüstan 2008-ci ildə, Ukrayna 2014-cü ildə. İşğal, hərbi əsirlər, təxribatlar bu günə qədər davam edir. Biz Avropa və dünya qarşısında məsuliyyət daçıyırıq”, – Andjey Duda bəyan etdi.
Elə onun dediyinə görə, aqressiya sanksiyalarla nəticələnməlidir. O cür addımlar atılmalıdır ki, aydın olsun, istənilən hərbi aressiyaya inandırıcı və güclü cavab veriləcək.