Polşa prezidenti Ancey Duda Kiyevə səfər edib

12:51, 23.08.2022

 

Polşa prezidenti Ancey Duda Kiyevə səfər edib. Bu barədə Ukrayna mətbuatı Polşa prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayır.

Ancey Duda Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

“Səfər çərçivəsində iki ölkənin prezidentləri və nümayəndə heyətləri arasında ikitərəfli danışıqlar aparılacaq. Əsas müzakirə mövzusu Ukraynada yaranmış vəziyyət olacaq. Həmçinin, Polşa tərəfindən Ukraynaya hərbi-iqtisadi və humanitar yardım və ikitərəfli münasibətlər məsələləri müzakirə olunacaq” -deyə Polşanın Prezident Dəftərxanasının yaydığı məlumatda deyilir.

Ancey Duda Kiyevə qatarla gedib. Xatırladaq ki, 60 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etməyi planlaşdırdığı “Krım Platforması”nın ikinci sammiti bu günə planlaşdırılıb.

Almaniya kansleri, Kanadanın baş naziri və Yaponiyanın baş naziri, eləcə də NATO-nun baş katibi Yens Stoltenberq “Krım Platforması”nın görüşündə onlayn rejimdə iştirak edəcək.

Oxşar