Polşa Parlament seçkilərində Yaroslav Kaçinskinin partiyası qələbə qazandı
Polşa Parlament seçkilərində Yaroslav Kaçinskinin partiyası qələbə qazandı

Polşa Seçki Komissiyasının məlumatına görə, parlament seçkilərində Yaroslav Kaçinskinin “Qanun və Ədalət” partiyası qələbə qazandı.

Yaroslav Kaçinskinin partiyası Seymin aşağı palatasında səslərin 43.59 faizini aldı. Onun əsas rəqibi, “Mülki Platforma” isə, 27.4 faizini.

Qeyd olunan nəticələrə əsasən, Kaçinskinin partiyasının 460 yerlik aşağı palatada 235 mandatı olacaq.

Seçkilərdə seçicilərin fəallığı 61.74 faizi təşkil etdi. Bu isə, son 30 il ərzində ən yüksək göstəricidir.