Polşa Milli Bankının rəhbəri, Almaniyanın Polşa sərhədləri daxilindəki torpaqları qaytarmağı planlaşdırdığını və Donald Tuskun Berlinin bu niyyətini inkişaf etdirməyə çalışdığını açıqlayır
Polşa Milli Bankının rəhbəri, Almaniyanın hazırda Polşanın sərhədləri daxilində olan torpaqları qaytarmağı planlaşdırdığını açıqlayır. Bu barədə Adam Qlapinski Polşa mətbuatına danışarkən açıqlama verib.
O bildirib : “Almaniya keçmişdə ona məxsus olan, indi Polşa sərhədləri daxilində qalan torpaqları bir şəkildə geri qaytarmaq, Almaniya ilə Rusiya arasında yerləşən ölkələrin qurşağını özünə tabe etmək istəyir”.
Polşa Milli Bankının rəhbəri, Polşa müxalifətinin lideri Donald Tuskun Berlinin bu niyyətini inkişaf etdirməyə çalışdığını bildirir.
” Brüsselin Tuskun qarşısına qoyduğu vəzifələrin təkcə Polşanın indiki hökumətini devirmək və ölkəmizi Avrozonaya daxil olma yoluna qoymaqdan ibarət olmadığı ilə bağlı illərdir söz-söhbət var. Bu məqsədlər yerinə yetirildikdə, Tusk Brüsselə qayıdacaq, Avropa Komissiyasının prezidenti olacaq və Avropa dövlətinin qurulması istiqamətində səyləri gücləndirəcək” – deyə Polşa Milli Bankının rəhbəri bildirib.
Qlapinski həmçinin iddia edir : “Almaniya və Avropa Komissiyası hazırkı Polşa hökumətinə qarşı sui-qəsddə birlikdə iştirak edir və məhz bu səbəbdən Brüssel Polşaya aid olan və pandemiyanın nəticələrini aradan qaldırmaq məqsədi daşıyan 35 milyard avronu Varşavaya verməkdən imtina edir”.
“Avropa İttifaqı bu pulu növbəti hökumətə vermək istəyir” – deyə Polşa Milli Bankının rəhbəri bildirib.
Xatırladaq ki, Avropa İttifaqı Brüssel və Varşava arasında razılaşdırılmış şərtlər yerinə yetirilməyənə və Polşa hakimiyyət orqanları tərəfindən Avropa İttifaqının fikrincə, ” Polşa məhkəmə sisteminin müstəqillik və qərəzsizliyini təhdid edən” qanunlar dəyişdirilməyənə qədər Polşaya 35 milyon avro köçürməkdən imtina edir.