Polşa daimi hərbi bazanın yerləşdirilməsi müqabilində ABŞ-a iki milyard dollar təklif edir
Polşa ABŞ-a daimi hərbi bazanın yerləşdirilməsi əvəzində iki milyard dollar təklif edir, – məlumatı “Onet ” Polşa nəşri yayır. Jurnalistlərin məlumatına görə, onlar Polşa Müdafiə Nazirliyinin təklif layihəsini əldə etdilər. Sənəddən məlum olur ki, Varşava müdafiə sahəsində Vaşinqton ilə daha sıx əlaqədə olmasını çoxdandır istəyir. Təşəbbüslərdən biri isə, Amerikalı hərbiçilərinin Polşa ərazisində yerləşdirilməsini nəzərdə tutur.
Polşa mətbuatının məlumatına görə, müvafiq tələb 1999-cu ildən səslənir, lakin 2008-ci ildə Rusiyanın Gürcüstana intervensiyası və 2014-cü ildə Krımın işğalından sonra, bu mövzu yenidən fəallaşdı.
Sənədin mətnində Gürcüstan bir neçə dəfə xatırlanıb. Polşa Müdafiə Nazirliyi bəyan edir ki, 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi təcavüz beynəlxalq sabitliyin və nizam-intizamın kobub şəkildə pozulmasıdır.
Polşa Müdafiə Nazirliyində düşünürlər ki, Gürcüstan və Ukraynadan sonra Rusiyanın hədəfinin qərbi Avropanın ölkələrinin olması mümkündür.
Təklifdə xüsusi ilə qeyd olunub ki, Polşada amerikalı hərbiçilərinin daimi yerləşdirilməsi vacibdir. Bunun üçün Polşa maliyyə dəstəyini də ayırmağa hazırdır.
“Bu xərclərin 1,5-2 milyard dolları təşkil etməsi mümkündür. Bu birgə hərbi obyektlərinin təşkilini və hərbiçilərin daha çevik hərəkət etmələrinin təmin edilməsini nəzərdə tutur”, – jurnalistlər tərəfindən əldə olunan sənəddə deyilir.
Hazırda Polşada amerikalı hərbiçilər və NATO əsgərləri rotasiya qaydası ilə yerləşirlər.