“Politico”nun yaydığı məlumata əsasən Avropa İttifaqının sabiq yüksək vəzifəli şəxsləri korrupsiya qalmaqalında adı hallanan qeyri-hökumət təşkilatını tərk edirlər
“Politico”nun yaydığı məlumata əsasən Avropa İttifaqının sabiq yüksək vəzifəli şəxsləri Avropa Parlamentində korrupsiya qalmaqalında adı hallanan qeyri-hökumət təşkilatını tərk edirlər.
Söhbət fəxri üzvləri Aİ-nin xarici siyasət departamentinin keçmiş rəhbəri Federika Moqerini və Aİ-nin miqrasiya məsələləri üzrə keçmiş komissarı Dimitris Avramopulos olan “Cəzasızlıqla Mübarizə” qeyri-hökumət təşkilatı ilə bağlıdır.
“Politico”nun yazdığı kimi, Moqerini və Avromopulos artıq qeyri-hökumət təşkilatının idarə heyətindəki vəzifələrini tərk ediblər. Təşkilatın təsisçisi Pier Antonio Panzer barəsində antikorrupsiya istintaqı aparılır. O, rüşvət müqabilində Qətərin xeyrinə qeyri-qanuni lobbiçiliklə məşğul olmaqda ittiham olunur.
Panzer Sosial-Demokratlar qrupunun keçmiş üzvü, Avropa Parlamentinin üzvü və keçmişdə Avropa Parlamentinin İnsan Haqları Komitəsinin sədri olub.
Avropa Parlamentində antikorrupsiya istintaqı çərçivəsində Avropa Parlamentinin vitse-prezidenti Eva Kayli barəsində də ittiham irəli sürülüb.