“Politico” – NATO sammitində müttəfiqlər alyansın hərbi komandanına dronlarla bağlı təhdidlərin öhdəsindən gəlmək üçün daha çox səlahiyyət verilməsini nəzərdə tutan təklifi təsdiqləyəcəklər

22:07, 12.06.2026

NATO ölkələri alyansın hərbi komandanına dronların zərərsizləşdirilməsində daha çox səlahiyyət vermək istəyirlər.

“Politico” nəşrinə NATO-nun iki diplomatı və bir yüksək vəzifəli rəsmisinin bildirdiyinə görə, gələn ay NATO sammiti çərçivəsində müttəfiqlər aylardır üzərində danışıqlar aparılan yeni təklifi təsdiqləyəcəklər.

Nəşrin məlumatına görə, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı general Aleksus Qrinkeviçə dronlarla bağlı təhdidlərin öhdəsindən gəlmək üçün daha çox səlahiyyət veriləcək.

Nəticədə, baş komandan resursların yerdəyişməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin müəyyən edilməsi üçün daha çox çevikliyə sahib olacaq və artıq rəsmi icazənin alınmasına ehtiyac qalmayacaq. Nəticədə, NATO-nun hava hücumundan müdafiə raket sistemləri alyansın şərq cinahında qırıcı təyyarələr tərəfindən həyata keçirilən hava patrulu missiyasına rəsmi olaraq daxil ediləcək.

“Politico” nəşrinin yazdığına görə, son dövrdə NATO-nun hava məkanına dronların daxil olma hallarının artması, o cümlədən Türkiyə istiqamətində İranın ballistik raket buraxılışının qeydə alınmasından sonra alyans üzvləri əvvəlki məhdudiyyətlərin aradan qaldırılması və komandanın səlahiyyətlərinin genişləndirilməsi məsələsini gündəmə gətiriblər.

Oxşar