"Politico" - Donald Tramp Vladimir Putinlə görüşdən əvvəl Avropa liderləri və Ukrayna prezidenti ilə virtual sammitdə iştirak edəcək
Donald Tramp Vladimir Putinlə görüşdən əvvəl Avropa liderləri və Ukrayna prezidenti ilə virtual sammitdə iştirak edəcək. “Politico”nun məlumatına görə, fövqəladə virtual sammit 13 avqustda Almaniyanın kansleri Fridrix Mertsin təşəbbüsü ilə keçiriləcək.
Nəşrin yazdığına görə, sammit iştirakçıları Rusiyaya təzyiqlərin artırılması imkanlarını, həmçinin Rusiyanın zəbt etdiyi Ukrayna əraziləri məsələsini, Ukrayna üçün təhlükəsizlik təminatlarını və mümkün sülh danışıqlarını müzakirə edəcəklər.
“Politico”nun yazdığına görə, Merts və digər Avropa liderləri Putindən ilk növbədə atəşkəsə razılıq verməsini və Moskva ilə Kiyev arasında sülh danışıqlarının və ya ərazi mübadiləsinə dair müzakirələrin yalnız bundan sonra başlamasını tələb edirlər.
Avqustun 13-nə planlaşdırılan virtual sammitdə Finlandiya, Fransa, Böyük Britaniya, Polşa liderləri, həmçinin Avropa Komissiyası və Avropa Şurası prezidentləri və Ukrayna lideri Volodimir Zelenski iştirak edəcək.
Plana əsasən, Avropa liderləri Donald Tramp və vitse-prezident Cey Di Vens ilə birlikdə bir saatlıq müzakirə aparacaklar.