„Politico“- Böyük Britaniya gələn həftə müttəfiqləri ilə görüş keçirərək Hörmüz boğazının açılması yollarını müzakirə edəcək
„Politico“- Böyük Britaniya gələn həftə müttəfiqləri ilə görüş keçirərək Hörmüz boğazının açılması yollarını müzakirə edəcək

Böyük Britaniya gələn həftə müttəfiqləri ilə İrana hər hansı ödəniş etmədən Hörmüz boğazının açılması yollarını müzakirə edəcək, – bu barədə “Politico” anonim mənbələrə istinadən məlumat yayır.

“Politico”nun yazdığına görə, Donald Trampın İranla atəşkəs elan etməsindən sonra 41 ölkənin nümayəndəsi ilk dəfə bir araya gələcək.

Böyük Britaniya 2 apreldə Hörmüz boğazı məsələsi ilə bağlı virtual görüşə ev sahibliyi edib, lakin nəşrin məlumatına görə, danışıqlar indi daha aşağı səviyyədə keçiriləcək. Danışıqlar mümkün sanksiyalar da daxil olmaqla, əlaqələndirilmiş iqtisadi və siyasi tədbirlərə yönələcək.