“Politico” – Bakı və İrəvan Moskvanın alternativi olaraq Avropa İttifaqı ilə daha sıx əlaqələrin qurulmasını nəzərdən keçirirlər
Bakı və İrəvan Moskvanın alternativi olaraq Avropa İttifaqı ilə daha sıx əlaqələrin qurulmasını nəzərdən keçirirlər, – bu barədə “Politico” yazır.
Nəşrin məlumatına görə, hər iki ölkə Orta Dəhlizin həyati əhəmiyyət daşıyan fəaliyyətində mühüm rol oynayır.
“Onların iştirakı istənilən ciddi regional əməkdaşlıq üçün çox vacibdir və potensial olaraq Avropa İttifaqı və Türkiyə arasında münasibətləri daha konstruktiv istiqamətə yönəltmək üçün əlavə bonus gətirə bilər”, – nəşr yazır.
“Ermənistan növbəti Moldova ola bilər”, – Avropa İttifaqının nümayəndələrindən biri zarafatla deyib.
“Politico”yazır ki, Avropa Komissiyasının daxili giymətləndirmələrinə görə, Orta Dəhlizdə hərəkət 2022-ci ildən dörd dəfə artıb və düzgün investisiyalarla 2030-cu ilə qədər üç dəfə arta bilər.