"Politico" - Avropa liderləri sülh sazişinin bir hissəsi kimi Rusiya və Ukrayna arasında 40 kilometrlik bufer zonasının yaradılmasını müzakirə edirlər
"Politico" - Avropa liderləri sülh sazişinin bir hissəsi kimi Rusiya və Ukrayna arasında 40 kilometrlik bufer zonasının yaradılmasını müzakirə edirlər

Avropa liderləri sülh sazişi çərçivəsində Rusiya və Ukrayna arasında 40 kilometrlik bufer zonanın yaradılmasını müzakirə edirlər. Bu barədə “Politico” beş anonim avropa mənbəsinə istinadən yazır.

“Politico” xəbər verir ki, Kiyevin planı qəbul edib-etməyəcəyi bəlli deyil, çünki bu, ərazi güzəştlərinə səbəb ola bilər.

“Görünür, amerikalılar bu bufer zona ilə bağlı müzakirələrdə iştirak etmirlər,” – “Politico” yazır.

Nəşr xəbər verir ki, sərhəddə patrul fəaliyyəti üçün lazım olan hərbi qulluqçuların sayı da müzakirə mövzusudur.

“Politico”nun məlumatına görə, rəsmi şəxslər 4 000-dən 60 000-ə qədər hərbi qulluqçunun göndərilməsi məsələsini müzakirə edirlər, lakin ölkələr hələ heç bir öhdəlik götürməyiblər, prezident Donald Tramp isə ABŞ qoşunlarının Ukraynada potensial yerləşdirilməsindən imtina edib.

“Trampın danışıqlar yolu ilə razılığa gəlmək üçün Putinə təzyiq etmək fikrindən dönməməsi üçün hamı təhlükəsizlik təminatlarını mümkün qədər tez razılaşdırmağa çalışır”, – Avropalı anonim mənbələrdən biri bildirib.