“Politico” – Ankara Moskvaya yaxınlaşmağa davam edərsə, ABŞ hakimiyyəti Amerika şirkətlərindən Türkiyəni tərk etmələrini tələb edə bilər
Ankara Moskvaya yaxınlaşmağa davam edərsə, ABŞ hakimiyyəti Amerika şirkətlərindən Türkiyəni tərk etmələrini tələb edə bilər-bu barədə məlumatı “Politico” nəşri yayır.
Nəşr , Ağ Evdə belə bir tövsiyənin verilməsinə səbəb olaraq Ankara ilə Moskva arasında rəsmi iqtisadi tərəfdaşlıq haqqında sazişin imzalanmasını göstərə biləcəklərini yazır.
“Biz düşünürük ki, Türkiyə biznes və kapital üçün qlobal cazibə mərkəzi olmalıdır. Lakin Rusiya ilə sıx əlaqələr Türkiyənin dünyaya inteqrasiyası üçün real risklər yaradacaq”, – deyə ABŞ yüksək rəsmisi “Politico”ya bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın yaxınlaşması nəticəsində Ankaraya dollarla ödəniş etmək qadağan oluna bilər.
Xatırladaq ki, avqustun 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə danışıqlar aparıb. Danışıqlar zamanı milli valyutalarla ticarətə keçmək, eləcə də ölkələr arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq barədə razılığa gəlinib.
Rusiya tərəfi bildirib ki, Ankara Rusiya qazı üçün ödənişi rublla qismən ödəməyə razılaşıb.