"Politico" - Ağ Ev Donald Tramp və İlon Maskı barışdırmağı planlaşdırır
"Politico" - Ağ Ev Donald Tramp və İlon Maskı barışdırmağı planlaşdırır

Ağ Ev Donald Tramp və İlon Maskı barışdırmağı planlaşdırır. Bu barədə “Politico” məlumat yayır.

“Politico”nun yazdığı kimi, anonim mənbələrə görə, Ağ Ev barışmaq üçün bu gün Tramp və Mask arasında telefon danışığı planlaşdırır.

“Politico” ilə telefon danışığı zamanı Donald Tramp Maskla mübahisəsi barədə suala cavabında hər şeyin qaydasında olduğunu qeyd edib.

“Hər şey çox yaxşı gedir, bundan yaxşı ola bilməzdi”, – Tramp qeyd edib.

Maskın Trampın onun köməyi olmadan seçkidə qalib gələ bilməyəcəyi ilə bağlı şərhinə gəlincə, prezident qeyd edib ki, onun reytinqi heç vaxt olmadığı qədər yüksəkdir.

Məlumat üçün bildirək ki, dünən axşam ABŞ prezidenti Donald Trampla milyarder İlon Mask arasında qarşıdurma Trampın Maskın köməyi olmadan prezident seçkilərində qalib gələcəyini deməsindən sonra daha da kəskinləşib.