“Politico” – Ağ Ev bütün vasitələrlə ABŞ və Rusiya prezidentlərinin Böyük İyirmilik sammitində üz-üzə gəlməsinin qarşısını almağa çalışır

22:01, 19.10.2022

 

“Politico” nəşri Ağ Evin bütün vasitələrlə Böyük İyirmilik sammitində ABŞ və Rusiya prezidentlərinin üz-üzə gəlməsinin qarşısını almağa çalışması barədə məlumat yayır.

Nəşrin yaydığı məlumata əsasən, ev sahibi İndoneziya elan etdikdən sonra Vladimir Putinin sammitdə mümkün iştirakı ilə bağlı Ağ Evdə bir neçə həftədir müzakirələr gedir.

Ağ Ev administrasiyasında sammit çərçivəsində Co Bayden və Vladimir Putinin rəsmi görüşü istisna edilir və “Politico”nun yazdığı üzrə, həmçinin iki liderin həm fotosessiya, həm də dəhlizlərdə bir araya gəlməsinə mane olmağa çalışırlar.

Rusiyada həbsdə olan amerikalı basketbolçu Britni Qreyner və ya dəniz piyadası Pol Uilanın azadlığa buraxılması barədə danışılarsa bu halda prezidentlərin görüşü baş tuta bilər. Ancaq bu mərhələdə bunun üçün heç bir ilkin şərt yoxdur.

Co Bayden və Vladimir Putin arasında yeganə görüş keçən il Cenevrə sammitində 2021-ci ildə baş tutub.

Oxşar