“Politico” – ABŞ-ın “Maxar” peyk şirkətinin Ukraynanın görüntüyə əlçatanlığını məhdudlaşdırdığı ehtimal olunur, bu, Trampın kəşfiyyat göstəricilərinin verilməsini dayandırmaq qərarının nəticəsi ola bilər

19:45, 07.03.2025

ABŞ-ın “Maxar” peyk şirkətinin Ukraynanın görüntüyə əlçatanlığını məhdudlaşdırdığı ehtimal olunur, – Bu barədə “Politico” Ukrayna hərbi nəşri “Militarnıy”a istinadən məlumat yayır.

Nəşr “Maxar”ın istifadəçilərindən birinin məlumatına istinadən yazır ki, şirkət qeyd olunan qərarı “inzibati tələb” ilə izah edib.

“Politico”a görə, “Maxar”ın məhdudiyyəti ABŞ prezidenti Donald Trampın Ukraynaya ABŞ hərbi kəşfiyyatı göstəricilərinin verilməsini dayandırmaq qərarı ilə bağlı son qərarının nəticəsi ola bilər.

“Politico” yazır ki, bu qadağa təkcə dövlət qurumlarına deyil, həm də Ukraynaya peyk göstəriciləri təqdim edən ABŞ şirkətlərinə və kommersiya xidmətlərinə təsir edir.

“Maxar” ukraynalı istifadəçilər üçün kommersiya peyk görüntülərinin aparıcı təchizatçılarından biridir və Rusiya qoşunlarının hərəkətini və əsas infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün istifadə olunur.

Oxşar