“Politico” – Yüksək temperatur səbəbindən Avropa Komissiyasının baş qərargahında kondisioner sistemi həddindən artıq yüklənib və sıradan çıxıb

13:46, 27.06.2026

Yüksək temperatur səbəbindən Avropa Komissiyasının baş qərargahında kondisioner sistemi həddindən artıq yüklənib və sıradan çıxıb. Bu barədə “Politico” məlumat yayır.

Nəşrin yazdığına görə, əməkdaşlara mətn mesajı vasitəsilə Berlemon binasının birinci mərtəbəsindən 7-ci mərtəbəsinə qədər soyutma sisteminin günün sonunadək dayandırılacağı bildirilib.

Nəşrin məlumatına görə, problem ondan ibarətdir ki, Avropa Komissarlarının ofisləri 8-ci mərtəbədən yuxarıda yerləşir və orada kondisioner hələ də işləyirdi. Bu isə aşağı mərtəbələrdə çalışan əməkdaşlar arasında narazılığa səbəb olub.

“Bu, orta əsr feodalizmidir”, – onlardan biri “Politico”ya bildirib.

Belçika və Avropanın böyük bir hissəsində bir həftədir ki, yüksək temperatur qeydə alınır. Belçikada qatarların beşdə biri soyutma sistemindən məhrumdur, buna görə də dəmir yolu şirkəti pik saatlarda bəzi reysləri ləğv edib.

Cari həftə Avropa Parlamentində də soyutma sisteminin həddindən artıq yüklənməsi səbəbindən elektrik enerjisi kəsilib.

Oxşar