Polisin məlumatına görə, Çempionlar Liqasının finalında "Paris Sen-Jermen"in qələbəsindən sonra Fransada azarkeşlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma zamanı 400-dən çox insan saxlanılıb
Polisin məlumatına görə, Çempionlar Liqasının finalında "Paris Sen-Jermen"in qələbəsindən sonra Fransada azarkeşlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma zamanı 400-dən çox insan saxlanılıb

Çempionlar Liqasının finalında “Paris Sen-Jermen”in qələbəsindən sonra Fransada azarkeşlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma zamanı 400-dən çox insan saxlanılıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə 416 nəfər saxlanılıb, onlardan 283-ü Parisdədir.

Final matçı başa çatdıqdan sonra minlərlə azarkeş küçələrə çıxıb. Təhlükəsizliyin təmin edilməsi üçün Fransa miqyasında 22 min polis əməkdaşı səfərbər olunmuşdu, onlardan 8 mini Parisdə idi.

Tramvay hərəkəti müvəqqəti olaraq dayandırılmış, bir neçə metro stansiyası bağlanmış və avtobusların hərəkəti də qismən məhdudlaşdırılmışdı. Fransa daxili işlər naziri Loran Nunyes iğtişaşlar nəticəsində yeddi hüquq-mühafizə əməkdaşının yaralandığını bəyan edib. Onun sözlərinə görə, bu cür hərəkətlər “tamamilə qəbuledilməzdir”. Altı avtomobil və iki kommersiya obyekti zədələnib.

Polisin məlumatına görə, Budapeştdə keçirilən final matçından sonra Parisin mərkəzi prospektində, Şanzelizedə təxminən 20.000 insan toplaşıb. Fransa mediasının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf pirotexnika atıldıqdan sonra polis gözyaşardıcı qazdan istifadə edib.

Fransanın ifrat sağçı siyasətçisi Marin Le Pen baş verən hadisəyə münasibət bildirib. Onun sözlərinə görə, “yalnız Fransada bir futbol klubunun qələbəsi iğtişaşlara səbəb ola bilər”.

Fransa mediasının yazdığına görə, bu gün komandanı Yelisey sarayında Fransa prezidenti Emmanuel Makron qəbul edəcək.